Rus diplomatlar bu ölkədən çıxarıldı

REGİON 30 sen 2022, 00:21

Monteneqro hökuməti cümə axşamı Rusiya səfirliyinin altı diplomatını persona non-qrata elan edib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. 

“XİN Rusiya səfirliyinin Monteneqroda akkreditə olunmuş 6 diplomatını iki ölkə arasında Diplomatik Münasibətlər və Qarşılıqlı Hörmət haqqında Vyana Konvensiyasına zidd hərəkətlərə görə persona non-qrata elan edir”, - Monteneqro Xarici İşlər Nazirliyinin Tviter səhifəsində deyilir.

Qeyd edək ki, Monteneqro artıq bu ilin mart, aprel və avqust aylarında rus diplomatlarını ölkədən çıxarıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top