Bakıda görmə qüsurlu şəxsi və ona kömək edəni maşın vurub, ölən və yaralanan var — FOTO

HADİSƏ 27 sen 2022, 09:33
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Demokrat.az
APA-ya istinadla xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Görmə məhdudiyyətli 1985-ci il təvəllüdlü Əliyev Natiq Ümidəli oğlu, 1997-ci il təvəllüdlü Ələkbərov Həsən Ələkbər oğlunun köməkliyi ilə yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onların hər ikisini “Nissan” markalı avtomobil vurub.

Görmə məhdudiyyətli N.Əliyev hadisə yerində ölüb. H.Ələkbərov isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hadisəni törədən sürücü affekt vəziyyətinə düşüb. O da xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top