Elçin Quliyev: “Aprel döyüşlərində bütün döyüş tapşırıqları yüksək səviyyədə icra olundu”

HƏRBİ 27 sen 2022, 08:43
“2016-cı ilin Aprel döyüşlərində düşmən təxribatına cavab olaraq onun alınmaz hesab etdiyi mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qərargahlarının bir neçə gün ərzində darmadağın edilməsi zamanı da Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş bütün döyüş tapşırıqları yüksək səviyyədə icra olundu, o cümlədən "Harop" zərbəendirici pilotsuz uçuş aparatlarının ilk döyüş tətbiqi nəticəsində düşmənə sarsıdıcı zərbələr endirildi”.

Demokrat.az
-ın məlumatına görə, bunları Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində deyib:

“2018-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin potensialını və şəxsi heyətinin peşəkarlığını nəzərə alaraq Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə etdi. Müzəffər Ali Baş Komandanımızın bu tapşırığının icrası şərəf borcumuz, fərəh və qürur mənbəyimiz oldu”.

“Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədi tərəfimizdən mühafizəyə götürüldükdən sonra qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyası formalaşdırıldı, bilavasitə düşmənlə təmas xəttində 89 sərhəd döyüş məntəqəsi, "Qazax" Əlahiddə Sərhəd Diviziyasının qərargah kompleksi də daxil olmaqla 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verildi. Xüsusi əməliyyatlar nəticəsində döyüş mövqelərinin sərhəd xəttinə daha yaxın yerləşdirilməsinə, ərazidəki mühüm strateji yüksəkliklərin ələ keçirilməsinə, müqabil ərazinin böyük bir hissəsinin nəzarətdə saxlanılmasına nail olunmaqla düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alındı”, - Dövlət Sərhəd Xidmətinin rəisi əlavə edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top