Ərdoğan: “Məqsədimiz ən qısa zamanda Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etməkdir”

REGİON 26 sen 2022, 22:39
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşünü mümkün qədər tez təşkil etməyi öz məqsədi hesab etdiyini bildirib.

Bunu dövlət başçısı ölkənin Nazirlər Kabineti toplantısından sonra mətbuata açıqlamasında bəyan edib.

“Biz taxıl dəhlizinin təşkili və hərbi əsirlərin mübadiləsi ilə başlayan prosesin davam etdirilməsindən çox qürur duyuruq. İndi bizim məqsədimiz müharibəni dayandırmaq üçün Rusiya və Ukrayna liderlərinin ən qısa zamanda görüşünü təşkil etməkdir”, - deyə Ərdoğan qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top