Lənkəranda hicablı tələbələrə qadağa qoyulub? — AÇIQLAMA

SOSİAL 22 sen 2022, 17:24
Sosial şəbəkələrdə Lənkəran Dövlət Universitetinin hicablı tələbələrinə qadağa qoyulması barədə iddialar yayılıb. Bəzi tələbələr bildiriblər ki, onlar hicab taxdıqlarına görə universitetin yeni istifadəyə verilmiş korpusuna buraxılmayıblar.

Demokrat.az
xəbər verir ki, modern.az-ın əməkdaşı iddialara aydınlıq gətirmək üçün Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova ilə saxlayıb.

O tələbələrə hicabla bağlı qadağa qoyulmadığını, yayılan xəbərlərin yalan olduğunu bildirib.

“Hazırda dərsdəyəm və lövhənin qarşısında dərs danışan hicablı tələbə dayanıb. Dünən açılış vaxtı dərs gedirdi, dərsə mane olmamaq üçün hər qrupdan 3-4 nəfər açılış mərasimində iştirak edib. Açılışa qatıla bilməyən tələbələr hicabla bağlı qadağanı şayiə olaraq yayıblar”, - deyə mətbuat katibi məsələyə aydınlıq gətirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top