Rusiyada müharibə əleyhinə etiraz aksiyaları başlandı — VİDEO

REGİON 21 sen 2022, 22:20
Prezident Putinin hərbi səfərbərlik fərmanından sonra Moskvada və Sankt Peterburqda vətəndaşlar etiraz aksiyalarına çıxıblar. 

 Arbat küçəsində başlanan aksiyada vətəndaşlar müharibəyə etiraz şüarları səsləndiriblər.

Petreburqda 50 etirazçı İsakov kilsəsinin qarşısına toplaşıblar. Daha sonra aksiya yürüşə çevrilib. İnsanların bir hissəsi Mars çölünə tərəf, digər hissəsi “Qostinnıy dvor”a tərəf gediblər.

Polis həbslərə başlayıb.

Müxtəlif mənbələrdən gələn məlumatlara görə, 364 nəfər saxlanılıb. Hüquq müdafiəçilərinin məlumatına görə, Moskvada ən azı 89 nəfər, Peterburqda 96 nəfər tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top