Məşhur aktyorun həyatını itirdiyi qəza yerindən görüntülər — VİDEO

DÜNYA 21 sen 2022, 11:02
Məşhur rusiyalı kino aktyoru Sergey Puskepalis Rostov vilayətində bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Demokrat.az
Oxu.az-a istinadən xəbər verir ki, şahidlərin bildirdiyinə görə, rusiyalı aktyorun olduğu “Ford Transit” markalı avtomobil yük maşınına çırpılıb.

Nəticədə aktyor yerindəcə həyatını itirib, onu yanında oturan sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Sergey Puskepalis “Sadə şeylər” (2006), “Bu yayı necə keçirdim”(2010) filmlərində baş rollarda oynayıb. O həmçinin Moskva şəhərində yerləşən müxtəlif teatrlarda teatr-studiyasının quruluşçu rejissoru kimi çalışıb.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top