İran şahının oğlu xalqı aksiyalara qoşulmağa çağırdı — "Etirazlar qələbənin açarıdır"

GÜNDƏM 20 sen 2022, 23:35
Keçmiş İran şahının oğlu Rza Pəhləvi İran xalqına müraciət edərək onları etirazçıları dəstəkləməyə çağırıb.

R.Pəhləvi bu barədə videomüraciətində bəyan edib.

“Etirazların davam etməsi və tətillər qələbənin açarıdır. Müxtəlif ictimai və siyasi təşilatların, rəssamların, idmançıların, tələbələrin, müəllimlərin, fəhlələrin, təqaüdçülərin xalq etirazını dəstəkləmək üçün koordinasiyası millətin qəti qələbəsinin başlanğıcı olacaq”-deyə şahın oğlu bildirib.
Onun sözlərinə görə, baş yaylığını açdığına görə polis tərəfindən öldürülən gənc qızın qətli ilə bağlı etiraz aksiyaları  2018-ci ildən sonra ən kütləvi aksiyalar olaraq azadlıq yolunda geridönməz nöqtə olub.

R.Pəhləvi deyib ki, kişilərin qadın hüquqları uğrunda etirazları bu nümayişəri İranda baş vermiş əvvəlkilərdən fərqləndirir.

“Kürdüstandan və digər yerlərdən olan həmvətlərimiz arasında ayrı-seçkilik salmağa çalışan hakimiyyətə qarşı birgə dirəniş öz rolunu oynayır. Öldürülən Sinanın adı bu gün xalqın milli həmrəyliyinin simvoluna çevrilib. Sizinlə fəxr edirəm”.-deyə Rza Pəhləvi bildirib.

Xatırladaq ki, İranda 22 yaşlı qızın çadradan imtina etməsinə görə döyülüb öldürülməsinə görə 2 gündür etiraz aksiyaları başlanıb.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top