Tovuz sakini qonşusuna atəş açdı

HADİSƏ 19 sen 2022, 21:12
Tovuz rayon sakini Ədalət Verdiyi qonşusu Ələsgər Ələsgərovu ov tüfəngindən atəş açaraq yaralayıb.

“Report”un məlumatına görə, hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan, 1969-cu il təvəllüdlü Ələsgər Ələsgərov qonşusu, 1983-cü il təvəllüdlü Ədalət Verdiyevin evində qonaq olub.

Bu zaman Ə.Verdiyev naməlum səbəbdən ov tüfəngindən atəş açıb. Bu zaman güllə onun yaxınlığında olan Ə.Ələsgərovun diz nayihəsinə dəyib. O, xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatına alınıb. Hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Hadisənin ehtiyatsızlıqdan törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 okt 2022, 11:50
Top