Putin bu tarixdə hakimiyyətdən gedəcək — SENSASİON İDDİA

DÜNYA 11 sen 2022, 15:20
Rusiya Prezidenti Vladimir Putin Xersonun azad edilməsindən və ya Krım körpüsünün dağıdılmasından sonra hakimiyyətdən uzaqlaşdırılacaq.

Demokrat.az
xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.

“Putin üçün siyasi fəlakət çox sadədir. Məhz iki hadisədən biri - Xersonun azad edilməsi və ya Krım körpüsünün dağıdılmasından sonra o, sadəcə olaraq, hakimiyyətdən uzaqlaşdırılacaq. Ertəsi gün “Qu gölü”nü yenidən eşidəcəyik və fasilə zamanı bizə məlumat veriləcək ki, yoldaş Putin Ukrayna məsələsində bir sıra ciddi səhvlərə yol verib və səhhəti ilə əlaqədar, yaşının çox olması səbəbindən artıq vəzifəsini yerinə yetirə bilmir”, - ekspert söyləyib.

Onun sözlərinə görə, bunun üçün əlverişli tarix də var: oktyabrın 7-də Putinin 70 yaşı tamam olan gün...

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top