Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad etdi

DÜNYA 06 sen 2022, 23:34
Ukrayna Silahlı Qüvvələri Ukraynanın cənubundakı bəzi yaşayış məntəqələrini geri alıb.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin sədri Nataliya Qumenyuk “Azadlıq” telekanalının efirində danışıb.

Onun sözlərinə görə, hazırda rəsmi açıqlama hazırlanır:

“Mövqe döyüşlərini davam etdiririk, artıq azad etdiyimiz ərazilər var və bu ərazilərin tamamilə Ukraynanın yurisdiksiyasında olan ərazilər kimi elan olunması üçün təxmini vaxt var. Ona görə də bir az gözləyək, bu məsələ ilə bağlı rəsmi hesabat hazırlayırıq”.

Qumenyuk vurğulayıb ki, hərbçilər azad edilmiş yaşayış məntəqələrinin düşmənin kütləvi artilleriya və hava zərbələrinə məruz qalmaması üçün çox ciddi şəkildə izləyirlər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top