Azərbaycanda meymunçiçəyinə yoluxma faktı qeydə alınıb? — RƏSMİ AÇIQLAMA

SOSİAL 05 sen 2022, 16:30
Bu günə qədər Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.

Demokrat.az xəbər verir ki, bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müraciətinə cavab olaraq 3 000 diaqnostik testi ölkəyə gətirərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.

Qeyd edək ki, dünyada meymunçiçəyinə yoluxma hallarının sayı 50 mini keçib. Ən çox yoluxma halı isə ABŞ-da aşkarlanıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top