Qərbi Kaspi Universiteti qəbul elan edir

SOSİAL 02 sen 2022, 22:23
Qərbi Kaspi Universiteti boş qalan plan yerləri üzrə qəbul elan edir.

Demokrat.az xəbər verir ki, universitetin "facebook" səhifəsində boş qalan ixtisas yerləri açıqlanıb.

I qrup
Cihaz mühəndisliyi - 7 yer

II qrup
Davamlı İnkişafın İdarə edilməsi - 18 yer
Dövlət və bələdiyyə idarəedilməsi - 14 yer
Maliyyə - 8 yer
İqtisadiyyat - 11 yer
Menecment - 13 yer
Mühasibat - 10 yer
İqtisadiyyat (Tədris İngilis dilində) - 8 yer

III qrup
Təhsildə sosial-psixoloji xidmət- 15 yer
Beynəlxalq Münasibətlər - 17 yer
Fəlsəfə - 46 yer
Filologiya (ingilis dilində) - 36 yer
Filologiya (Azərbaycan Dilində) - 13 yer
Politologiya - 23 Yer
Regionşünaslıq - 15 yer
Tarix - 8 yer
Tarix(Qiyabi) - 2 yer
Tərcümə - 43 yer
Politologiya (Tədris İngilis dilində) - 13 yer
Tarix (Tədris İngilis dilində) - 13 yer

IV qrup
Psixologiya 6 yer

Qərbi Kaspi Universitetində abituriyentlərə kömək məqsədilə Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərir.

Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları abituriyentlərə ixtisas seçimi zamanı diqqət yetirilməli olan və onları maraqlandıran digər məqamlarla bağlı köməklik göstərirlər.
Mərkəz ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Mərkəz aşağıda qeyd olunan ünvanda hər gün saat 10.00-dan 18.00-dək işləyir.

Bakı, İstiqlaliyyət küçəsi, 31, Telefon:+994 12 492 74 18

Niyə Qərbi Kaspi Universiteti?

Xaricdə təhsil imkanları
İki diplom alma imkanı
Dövlət sifarişi əsasında təhsil almaq imkanı
Münasib təhsil haqları
Xarici dilləri mükəmməl səviyyədə mənimsəmək imkanı
Müasir və unikal laboratoriyalar
Ən son nəşrlərlə zəngin kitabxana
Aparıcı dövlət qurumlarında və özəl şirkətlərdə təcrübə və işədüzəlmə imkanları
Mübadilə proqramları: Mövlanə və Erasmus
Startup layihələri
Xaricdə yay məktəbləri

Qərbi Kaspi Universitetində tələbələrin dövlət sifarişli və ödənişli əsaslarla təhsil almaq imkanı var. Qəbul imtahanlarında yüksək nəticə əldə edib, dövlət sifarişi ilə qəbul ola bilməyən abituriyentlərə təhsil haqqında güzəştlər nəzərdə tutulur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top