Ticarət mərkəzində YANĞIN

DÜNYA 02 sen 2022, 12:24
Rusiyanın Kursk şəhərində “Bumeranq” adlı ticarət mərkəzində yanğın olub.

Demokrat.az
Rusiya KİV-ə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi yayıb.

Bildirilib ki, hadisə sentyabrın 2-də səhər saatlarında baş verib. Yanğının söndürülməsinə 11 texnika və 36 nəfər cəlb olunub. Hadisə yerinə polis və təcili tibbi yardım xidməti də yollanıb. Yanğının səbəbi hələ ki məlum deyil.

Faktla bağl araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top