Region

Türkiyə Futbol Federasiyasını güllələyənlər saxlanıldı

Türkiyə Futbol Federasiyasını güllələyənlər saxlanıldı

Türkiyə Futbol Federasiyasına silahlı hücumda şübhəli bilinən iki nəfər yaxalanıb.

Demokrat.az-ın "haberler.com"a istinadən xəbərinə görə, hadisədən sonra əraziyə daxili işlər naziri Süleyman Soylu binada və ətrafda yoxlamalar aparan rəsmilərdən məlumat alıb.

Xatırladaq ki, federasiyanın İdarə Heyətinin iclas keçirdiyi vaxt binaya silahdan 5 güllə açılıb. Məlumata görə, güllələrdən biri Türkiyə millisinin keçmiş futbolçusu Hamit Altıntopun başının üzərindən keçib.

Hadisə zamanı ölən və yaralanan olmayıb.

Zamiq Demokrat.az

D
demokrat.az