Daha bir jurnalist Mətbuat Şurası sədrliyinə namizəd ola bilər

MEDİA 29 avq 2022, 14:13
Daha bir jurnalist Azərbaycan Mətbuat Şurasının sədrliyinə namizədliyini irəli sürmək niyyətindədir.

Demokrat.az-ın əldə etdiyi məlumata görə,  Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyev yaxın günlərdə keçirilməsi gözlənilən Azərbaycan Jurnalistlərinin VIII Qurulrayında sədrliyə namizəd ola bilər.

Məsələ ilə bağlı Niyaz Niftiyev Demokrat.az-a açıqlamasında xəbəri təkzib etməyib:

“Əgər Əflatun Amaşov namizədliyini vermədiyi təqdirdə özüm verəcəm. Düşünürəm ki, fəaliyyətdə olan MŞ İdarə Heyətinin zəhmətkeş üzvü kimi təcrübəm də  var”.



Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top