SSRİ televiziyasının 34 il əvvəl Tuğ kəndindən reportajı... — VİDEO

GÜNDƏM 15 avq 2022, 17:23
Rusiyanın “Vesti” proqramı  SSRİ Mərkəzi Televiziyasının Qarabağda, Xocvənd rayonunun Tuğ kəndində 1988-cu ilin noyabrında hazırladığı reportaj yayımlanıb. 

Dağlıq Qarabağda etnik zəmində problemin müzakirəsinə dair olan bu süjetdə Tuğ kəndində orta məktəb binasının iki yerə ayırlması göstərilir. Kənddə azərbaycanlı və erməni uşaqlar eyni məktəbdə oxuyublar, amma indi baş verənlərə görə, siniflər taxta ilə iki yerə bölünüb. Yarısında erməni, digər hissəində azərbaycanlı uşaqlar oxuyurlar. Kadrlarda məktəbin həm azərbaycanlı, həm də erməni direktor müavinləri müsahibə verir.

Jurnalistin “bu nə üçün baş verib?” sualına məktəbin ilk partiya təşkilatı katibi Ramiz Bəşir oğlu bunu Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqələndirir. O deyir ki, erməni valideynlər uşaqlarına azərbaycanlı müəllimlərin dərs deməsini istəmədiklərini bildiriblər və məktəbin bölünməsini tələb ediblər.

Erməni dərs hissə müdiri V.Qaryan isə məktəbin iki yerə bölünməsini “doğru olmayan addım” olduğunu bildirir.

Digər direktor müavini Vigen Qriqoryan isə bu addımı dəstəkləyir və ermənilərlə azərbaycanlı uşaqların bir yerdə olmasını mümkünsüz sayır.

Qeyd edək ki, Vigen Qriqoroyan Qarabağ müharibəsində Tuğ kəndinin azərbaycanlılardan etnik təmizlənmənin təşkilatçılarından olub. 1993-cü ildə öldürülüb.

Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kəndi  31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top