Deputat: “Qarabağa gələn erməni deputatlara cəza tədbirləri görülməlidir”

GÜNDƏM 12 avq 2022, 16:50
Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin “Hayastan” blokundan olan bir qrup deputat ötən gün Qarabağa qanunsuz səfər edib. 

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Arzu Nağıyev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan ərazisinə kimliyindən asılı olmayaraq gələn hər bir şəxs ilk növbədə bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmalıdır. 

Deputat vurğulayıb ki, əks halda bu, Azərbaycan dövlətinin sərhədinin pozulması hesab oluna bilər:

“Ona görə də, gələn bu şəxslərin hansı yolla, necə gəlməsi, məramı-məqsədi nədən ibarət olması aydınlaşdırılmalıdır. Aydınlaşdırdıqdan sonra sülhməramlı qüvvələrin öz səlahiyyətinə uyğun olaraq bunları necə buraxması, dəhlizdən necə keçməsi və s. kimi bütün bu proseslərə də aydınlıq gətirilməlidir. Əgər onlar qanunsuz yolla Azərbaycan ərazisinə daxil olublarsa, mütləq şəkildə sərhədi qeyri-qanuni keçməsi və digər müvafiq maddələrlə onlar haqqında cəza tədbirləri görülməlidir. 

Qeyd edim ki, bu hadisə birinci hal deyil, dəfələrlə bu hadisələr təkrarlanıb. Son dəfə isə hətta sülhməramlı qüvvələr dəhlizdən keçmək istəyənləri geri qaytarıb. Hesab edirəm ki, mütləq şəkildə bunların gəlmələrinin məramı və məqsədi aydın olmalıdır. Ondan sonra artıq Xarici İşlər Nazirliyi səviyyəsində və digər qurumlar səviyyəsində bu məsələyə aydınlıq gətirilməlidir".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top