Azərbaycanın “Şöhrət” ordenli alimi vəfat etdi

SOSİAL 09 avq 2022, 09:09
Azərbaycanın tanınmış alimi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Ramin Mahmudzadə vəfat edib.

Bu barədə “Report”a onun həmkarları məlumat verib.

R.Mahmudzadə dünən 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, onun Azərbaycanda proqramçıların yetiməsində müstəsna rolu olub. R.Mahmudzadə informatikanın inkişafına töhfələr verib, bu fənn üzrə olimpiada hərəkatının əsasını qoyub.

Respublika üzrə məktəblərarası informatika olimpiadalarının demək olar, hamısında jüri sədri olub. 1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəri olub. 1999-cu ildən Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri idi. R.Mahmudzadənin 80-dən artıq elmi və pedaqoji əməyi çapdan çıxıb.

O, translyasiya üsulları, informatika, alqoritmik dillər fənlərini tədris edib. Alimin tədqiqat sahəsi paralel proqramlaşdırma, proqramlaşdırma dilləri və tədris metodikası olub.

Tanınmış alim 2005-ci ildə Azərbaycan Prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top