YapiKredi Müraciət Forması
Maliyyə

Azərbaycanda gələn il vergi inzibatçılığı daha da gücləndiriləcək

Azərbaycanda gələn il vergi inzibatçılığı daha da gücləndiriləcək

2027-ci ildə qeyri-neft-qaz ÜDM-in artım tempinin mümkün zəifləməsinin büdcə gəlirlərinə və fiskal balansa təsirinin məhdudlaşdırılması məqsədilə vergi bazasının genişləndirilməsi, vergi inzibatçılığının daha da gücləndirilməsi, habelə ortamüddətli fiskal konsolidasiyanın davam etdirilməsi nəzərdə tutulur.

Bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, iqtisadi artım üzrə potensial mənfi kənarlaşmaların fiskal göstəricilərə ötürülməsinin məhdudlaşdırılması və ortamüddətli dövrdə fiskal dayanıqlığın qorunması təmin ediləcək.

​Bununla yanaşı, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət subsidiyalarının optimallaşdırılması, tənzimlənən qiymətlərin rolunun mərhələli şəkildə azaldılması, eləcə də dövlət müəssisələrinin idarəetmə-hesabatlılıq standartlarının təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu tədbirlər dövlət maliyyəsi üzərində yaranan potensial yükün azaldılmasına və rəqabət mühitinin yaxşılaşdırılmasına şərait yaratmaqla qeyri-neft iqtisadi artımının dəstəklənməsinə xidmət edir. (Report)