Ukrayna taxılını daşıyan gəmilərin Bosfordan keçməsinə icazə verildi

DÜNYA 07 avq 2022, 17:30
Kənd təsərrüfatı məhsulları daşıyan 4 yük gəmisi Ukrayna limanlarını tərk edərək İstanbula yola düşüb.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edilir ki, 6 min ton günəbaxan yağı daşıyan "Mustafa Necati” gəmisi İtaliyaya göndərilir. "Star Helena” 45 min ton günəbaxan toxumu ilə Çinə yollanır. 66 min ton qarğıdalı daşıyan "Glory" İstanbula, 44 min ton qarğıdalı daşıyan "Riva Wind" gəmisi isə İsgəndəruna çatır.

Gəmilər Ukrayna limanlarını tərk edib, onlar İstanbulun şimalında lövbər salacaq və Birgə Koordinasiya Mərkəzi tərəfindən yoxlanılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top