Hasan Oktay: “Azərbaycan səfirliyinə hücum İran və Türkiyə arasında yaranan gərginliyin nəticəsi kimi dəyərləndirilə bilər”

GÜNDƏM 05 avq 2022, 15:33
“Londonda Azərbaycan səfirliyinə hücumun edilməsiylə bütün dünya ictimaiyyətinə ciddi mesaj verildi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib. 

Politoloqun sözlərinə görə, bunu İran və Türkiyə arasında yaşanan gərginliyin nəticəsi kimi də qiymətləndirmək lazımdır:

“Bu hadisə təxminən 20 gün bundan əvvəl Tehranda baş tutan Ərdoğan və Putin sammitindən sonra İran və Türkiyə arasında yaranan gərginliyin nəticəsi kimi dəyərləndirilə bilər. Bilirik ki, Türkiyə Azərbaycana ən yüksək məqamda dəstəkləyir. Bundan başqa, İsrail-Azərbaycan münasibətlərindəki isti proseslər də istər-istəməz İranın diqqətini çəkir.  İran indiki məqamda nə Türkiyəyə, nə də Azərbaycana qarşı birbaşa mövqe tuta bilmədiyi üçün mesajlarını belə ifrat radikal təşkilatlar vasitəsilə verir. Ötən həftələrdə avtobus dayanacağında Türkiyəyə qarşı gerçəkləşən olaylar kimi, indi də İranın nəzarətində olan radikal qruplar Türkiyə və Azərbaycana qarşı bu və buna bənzər tədbirləri həyata keçirir”.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top