“Ermənistan Respublikasının indiki əraziləri, o cümlədən Qərbi Zəngəzur əslən bu torpaqlardan olan yüzminlərlə azərbaycanlının tarixi, əzəli və ana südü kimi halal yurd yerləridir. Ədəbiyyatımızın, bütövlükdə mədəniyyətimizin ən gözəl nümunələrinin yarandığı, tariximizin şanlı səhifələrinin yazıldığı, dağında, daşında, torpağında milli varlığımızın izlərini yaşadan o torpaqlara qayıtmaq harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının amalına çevrilməlidir...”
Demokrat.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Elçin Mirzəbəyli bildirib.
O qeyd edib ki, Azərbaycan dövlətçilyinin bərpasının real müstəviyə qədəm qoyduğu zaman kəsiyinə və 44 günlük Zəfər yürüşünədək son 200 ildə xalqımızın taleyinə yalnız parçalanmalar, bölünmələr, məhrumiyyətlər düşüb:
“Hər qarışına milli idendikliyimizin kodları yazılmış tarixi yurd yerlərimizdə belə özgə kimi yaşamaq məcburiyyətində qalmışıq, Vətəndən Vətənə deportasiya olunmuşuq, sürgün edilmişik. Özümüzü də cənnət vətənimiz kimi paramparça ediblər... Və xalqımızın bu acı taleyi yaşayan nümayəndələrinin arasında Qərbi Azərbaycandan olan soydaşlarımızın ön sırada dayandıqlarını yazsam, düşünürəm ki, mübaliğəyə yol vermərəm. Əslən Qərbi Azərbaycandan olan elə bir nəsil yoxdur ki, bir, yaxud bir neçə nümayəndəsinin taleyinə doğma yurd yerindən dəfələrlə deportasiya olunmaq, qovulmaq, sürgün edilmək düşməsin... Köçürüləndə, deportasiya olunanda da ən ağır iqlim şəraiti olan ərazilərdə yerləşdiriliblər, məhv olsunlar, Yer üzündən silinsinlər deyə... Bəzən tarixi yurd yerlərimizdən, oraların cənnət təbətindən, suyundan, havasından yorulmadan danışan, hər kəndin, hər mahalın, hətta dağların, dərələrin adlarını belə əzbərə deyən Qərbi Azərbaycanlı soydaşlarımızla qarşılaşanda, bəzən onları anlamağa çətinlik çəksək də gözlərindəki işıqdan sevgilərini, üz cizgilərindən ağrılarını hiss edə bilirik. Dəli kimi sevdikləri cənnət yurd yerlərindən zorla köçürülən soydaşlarımız həmin yurd yerlərinin hər qarışını öz yaddaşlarına köçürərək yaşadıblar. Həm də zorla yox, sevgiylə... O torpaqlarda isə hərəmizin bir parçası var. Bir ovuc MƏNimiz oralarda qalıb... Bu baxımdan, “Qərbi Azərbaycan İcması” təşkilatının yaranması ilə bağlı xəbər məni gerçəkdən çox sevindirdi. Öz-özümə “nəhayət ki” dedim. Mahiyyət etibarilə, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları ilə bağlı məsələlər bundan öncə də Azərbaycan dövləti tərəfindən gündəmə gətirilirdi. Amma etiraf edək ki, Zəfərədək əlimiz-qolumuz bağlı idi, heç içimizdəki maneələri belə aşa bilmirdik. Amma 44 günlük müqəddəs Vətən savaşı milli ruhumuzu da, tarixi yurd yerlərimizlə bağlı yaddaşımızı da, hətta xatirələrimizi də yenidən oyatdı və bütövləşdirdi. Önəmli bir mərhələni şərəflə, qürurla adlamağı bacardıq və indi önümüzdə haqqı tapdalanmış yüzminlərlə soydaşımızın hüquqlarının bərpası, babalarımızın ruhu qarşısında vəfa borcumuzun yerinə yetirilməsi dayanır.
Hər bir Azərbaycan vətəndaşı kimi əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın çox böyük potensialı var və bu potensialı hərəkətə gətirməklə ilk növbədə onların hüquqlarının, daha sonra isə tarixi ədalətin bərpası mümkündür. Biz bir dəfə öz haqqımıza sahiblənməyi bacarmışıqsa, yenə də bacaracağıq. Buna zərrə qədər də şübhə etmirəm! İndi isə təşkilatın qarşısında uzun bir yol var. Çox böyük işlər görülməli, maneələr aşılmalıdır. İlk növbədə müxtəlif vaxtlarda məhz Azərbaycanlı olduqlarına görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş soydaşlarımızın və onların varislərinin hüquqları beynəlxalq müstəvidə daşınmalı, Azərbaycan xalqının indiki Ermənistan ərazisində yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv edilməsinin qarşısının alınması istiqamətində genişmiqyaslı bir hərakata başlanılmalıdır. “Qərbi Azərbaycan İcması” təşkilatının yaradılması isə bu yolda atılan ilk və olduqca mühüm addımdır. Çünki soydaşlarımızın hüquqlarının bərpası üçün ictimai-mədəni birliyin təmin edilməsi, ictimai-mədəni birliyin təmin edilməsi üçün isə təşkilatlanma əsas şərtdir. Torpaqlarımızın 30 ilə yaxın işğal altında olduğu zaman kəsiyi bizə bir həqiqəti öyrətdi: Haqqımıza özümüz sahiblənməliyik və sahibləndik də! Eyni məntiq həqiqəti əks etdirdiyi üçün Qərbi Azərbaycandan olan soydaşlarımız və onların varisləri, tarixi yurd yerlərimizlə bağlı da keçərlidir. Əgər 30 il ərzində işğal altında olan Azərbaycan torpaqlarında izlərimizi silməyə çalışan ermənilərin vəhşiliyinə, tarixi, mədəni, dini abidələrimizə, ziyarətgahlarımıza, qəbristanlıqlarımıza divan tutan ermənilərin misli görünməmiş vandalizm aktlarına göz yuman YUNESCO-ların ümidinə qalarsa, o zaman ucsuz-bucaqsız tarixi Vətənimizin yaddaşımızda can verməkdə olan sərhədləri kimi son 100-110 ildə itirilən torpaqlarımız, eləcə də bu torpaqlara gömülən zəngin mədəni-mənəvi irsimiz haqqında yalnız kitablardan oxumalı olacağıq. Ya indi, ya da heç vaxt! Hədəfin, arzuların böyükdürsə və haqqa, ədalətə söykənirsə, o zaman o hədəfə doğru yürümək də haqdandır!
Bu gün Azərbaycanın bir ovuc erməni icmasının “müstəqil yaşamaq” hüququ haqqında danışan erməni lobbisi, Ermənistan rəsmiləri və millətçiləri bu ölkədən qovulmuş yüzminlərlə azərbaycanlının Zəngəzurda, Göyçədə eyni məqsədləri reallaşdırmaq üçün daha çox haqlı olduqlarını anlamalıdırlar və bunu onlara nəyin bahasına olursa olsun, ANLATMALIYIQ. Ermənilər beynəlxalq ictimaiyyətin laqeydliyi, eləcə də gizli və bəzi hallarda açıq dəstəyi şəraitində tarixi Azərbaycan ərazilərində qondarma “dövlət” qurmağa cəhd göstərdilər və 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladılar. O zaman sual olunur: Nə üçün minillər boyu biz azərbaycanlılara məxsus olan, dağına, dərəsinə, çayına yurduna, obasına ad verdiyimiz tarixi torpaqlarımızda Qərbi Zəngəzur dövləti olmasın? Bu, Qərbi Azərbaycandan, öz ata-baba torpaqlarından zülmlə, zorla çıxarılmış soydaşlarımızın halal haqqıdır və bu haqqı almaq üçün zəruri olan addımlardan biri təşkilatlanmaqdırsa, digəri dünya azərbaycanlılarının və haqqın yanında olanların bu təşkilata verəcəyi dəstəkdir. Vahid təşkilatda birləşmiş qərbi azərbaycanlıların qarşıya qoyduğu vəzifələr isə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Yəni, mücadiləmizin həm mənəvi, həm tarixi, həm də hüquqi əsasları var! Hazırda Azərbaycan ərazisində yaşayan erməni icması ilə əlaqə üçün Laçın dəhlizinin mövcudluğunu zəruri hesab edən vandal, qəsbkar, uşaq qatili olan ermənilərin və onların havadarlarının isə heç nəyə haqqı yoxdur. Xüsusilə də Zəngəzur dəhlizinə qarşı çıxmağa! Biz haqqımızı alnımızın təri, zəkamızın işığı, qolumuzun gücü və birliyimizlə alacağıq! Bir olaq, iri olaq, diri olaq!”
Məlik
Demokrat.az