Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

MALİYYƏ 29 iyl 2022, 10:40
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,75% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Demokrat.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 9,25 % səviyyəsində saxlanılıb.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 16-da ictimaiyyətə açıqlanacaq.

Qərar haqqında bir qədər sonra AMB-nin sədri Taleh Kazımovun iştirakı ilə keçiriləcək mətbuat konfransında daha ətraflı məlumat veriləcək.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top