Tviter maliyyə xərclərinə görə ofis sahəsini azaldacaq

DÜNYA 28 iyl 2022, 00:17
Tviter şirkəti pula qənaət etmək və daha çox məsafədən işə keçmək üçün ofis sahəsini azaldacaq.

Demokrat.az “Bloomberg”ə istinadən xəbər verir ki, tviter San Fransisko, Nyu York və Sidneydəki ofislərini bağlayır və ya ixtisar edir, lakin iş yerlərini ixtisar etməyi planlaşdırmır.

Qeyd olunur ki, şirkət, həmçinin icarə müddəti bitdikdən sonra daha bir neçə ofisini, o cümlədən Cənubi Koreya, Yeni Zelandiya, Yaponiya, İspaniya, Almaniya və Hollandiyadakı ofislərini də bağlamaq imkanını nəzərdən keçirir.

Agentliyin məlumatına görə, 2021-ci ilin sonunda şirkətin 7500-dən çox işçisi var idi. Elan edilmiş dəyişikliklər sosial şəbəkənin xərclərin azaldılması yolundakı növbəti addımı olacaq.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top