Ukrayna limanları işini bərpa etdi

REGİON 27 iyul 2022, 18:15
Üç Qara dəniz limanı - Yujnı, Çernomorsk və Odessa - işini bərpa edib.

Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar “ərzaq müqaviləsi” fonunda kənd təsərrüfatı məhsulları daşıyan gəmilərin qəbul edilib-göndərilməsinə hazırlaşır.

“Ukrayna limanlarının taxıl ixracı üçün blokdan çıxarılmasına dair sazişin imzalanması ilə əlaqədar Odessa, Çernomorsk və Yujnı limanlarında işlər bərpa edilib”, - deyə məlumatda bildirilir.

Ölkənin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti onu da qeyd edib ki, gəmilərin dəniz limanlarına giriş-çıxışı aparıcı gəmini müşayiət edən karvanın formalaşdırılması ilə həyata keçiriləcək.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
12 iyul 2025, 08:39
Top