Bayramov və Lavrov arasında TELEFON DANIŞIĞI

SİYASƏT 20 iyl 2022, 20:20
20 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat idarəsindən  verilən xəbərə görə, nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini və cari regional vəziyyəti müzakirə ediblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iimzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyi vurğulanıb.

Eyni zamanda, tərəflər bölgədə nəqliyyat və tranzit məsələləri ətrafında fikir mübadiləsi aparıb, xüsusilə də Rusiya, Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin potensialının genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top