"12-ci İmam Mehdi"nin məhkəməsində qalmaqal —Tərəflər bir-birlərinə ağır ittihamlar səsləndirdi

HADİSƏ 19 iyl 2022, 16:25
Bakıda "12-ci İmam Mehdi" kimi təqdim edib və 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Aqil Babayev həbs olunana kimi fərdi əməklə məşğul olub. O qeyd edib ki,  tikinti sahəsisindı işlərlə məşğul olub.

O da qeyd edilib ki, əvvəllər avtoqəza törətdiyi üçün məhkum olunub və hazırda həmin məhkumluğu ödənilməyib.

Bildirilib ki, səhhəti ilə bağlı hazirda Müalicə Müəssisəsində müalicə alır.

Hakim deyib ki, Aqil Babayevi vəkillər - Əli Hüseynov, Eldəniz Quliyev və Elnur Quliyev müdafiə edirlər.

Zərərçəkmişlər prosesin qapalı keçirilməsini istəyib. Bildirilib ki, onların barələrində sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayılır 
Təqsirləndirilən şəxs vəkilləri də eyni vəsatətlə çıxış ediblər. Onlar bildiriblər ki, işdə ailə sirri ilə  bağlı məlumatlar var, həmin məlumatların yayılması yolverilməzdir.
Aqil Babayevin vəkili Elnur Quliyev onun barəsində həbs qətimoqn tədbirinin dəyişdirilməsini istəyib. Bildirilib, guya şəxs çağırışlara vaxtında gəlmədiyi üçün həbs qətimkan tədbiri seçilib. Vəkil həmçinin deyib ki, Aqil Babayevin azadlığa buraxılması işin hallarına müsbət təsir edəcək: "Onun işin saxtalaşdırılmasına, tərəflərə təzyiq göstərməsimkimi imkanı olmayacaq. Təqsirləndirilən şəxs heç kimə təzyiq göstərməyəcək".

Aqil Babayevin digər vəkili Əli Hüseynov bildirib ki, Aqil Babayevin xeyrinə ifadə verən şəxsə təzyiq göstərilib və həmin şəxsin barəsində cinayət işi var. 
Əli Hüseynov bildirib ki, Aqil Babayev həbs olunan zaman evindən bir yeşik qızıl, 9 milyon manat götürülüb. Bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə də məlumat verilib. 

Aqil Babayevin digər vəkili Eldəniz Quliyev zərərçəkmişlərin ittiham edib. Deyib ki, bu işdə Aqil Babayev günahkar deyil. Onun sözlərinə görə, zalda bir nəfər zərərçəkmiş var, həmin zərərçəkmiş günahkardır. 

Prokuror deyib ki, həbs qətimkan tədbirini dəyişdirilməsi üçün əsas görməyib. 

Zərərçəkmişlərin vəkili deyib ki, Aqil Babayevin barəsində həbs qətimian tədbirinin dəyişdirilməsi istəyib. Bildirib ki, Aqil Babayev ölkədən qaçmaq istəyərkən hava limanında yaxalanıb. 

Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirəyə yollanıblar. Bu zaman məhkəmədə qalmaqal yaranıb. Zərərçəkmişlər təqsirləndirilən şəxsi lənətləyiblər.Zərərçəkmişlər dən biri deyib ki, 16 yaşından Aqil Babayevi "İmam" kimi itaət edib, onun "qul"u olub. Hətta zərərçəkmişlərdən daha bir neçəsi evini sataraq ona verdiyini deyiblər. Zərərçəkmişlər təqsirləndirilən şəxsin ünvanına əxlaqsız ifadələr işlədiblər.

Bir qədər sonra zala gələn hakimlər hazırlıq iclasının qərarını açıqlayıblar. 

Qərara görə, məhkəmə iclasının qapalı keçirilməsi barədə vəsatət təmin edilməyib. Hıs. Qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət təmin olunmayıb.
Məhkəmə avqustun 2-ə təyin edilib. 

Bu zaman təqsirləndirilən şəxsin vəkilləri hakimə müraciət ediblər. Bildiriblər ki, hakimlər müşavirə otağında olan zaman zərərçəkmiş şəxslər tərəfindən əxlaqsız ifadələr işlədilib, səs-küy salınıb. Vəkillər növbəti iclaslara hüquq-mühafizə orqanlarının əməkdaşlarının dəvət olunmasını, səs-küy yaradan şəxslərin cəzalandırılmasını istəyiblər.
Hakim deyib ki, məhkəmədə qaydaları pozanlar,  səs-küy salanlar cəzalandırılacaq. 

Qeyd edək ki, Aqil Babayev 2 milyon 500 min manat miqdarında zərərçəkmişlərə ümumilikdə ziyan vurub.

İttihama görə, Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Müəyyən edilib ki, Aqil Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib.

Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib.

Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.

Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən Müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb.

Topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb.

Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.


Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top