YapiKredi Müraciət Forması
Hadisə

Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

Ağstafa rayonunda avtomobil qəzası olub.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobilin maneəyə çırpılması nəticəsində 1999-cu il təvəllüdlü E.Qurbanov, 2001-ci il təvəllüdlü C.Tağızadə və 2002-ci il təvəllüdlü M.Kərimov xəsarət alıblar.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisi ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, E.Qurbanovun müalicəsi isə xəstəxana şəraitində davam etdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Demokrat.az

D
demokrat.az