“Türkiyə və Ermənistan arasında sərhədlərin açılması tamamilə məntiqəuyğundur” — Fuad Abbasov

REGİON 13 iyl 2022, 18:49
“Türkiyə və Ermənistan arasında sərhədlərin açılması tamamilə məntiqəuyğun bir fəaliyyətdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib.  

Onun sözlərinə görə, Ankara dəfələrlə İrəvana bildirib ki, Dağlıq Qarabağ probleminin həll olunması Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin düzəlməsinə, sərhədlərinə açılmasına səbəb ola bilər:

“Bugünkü  gün də Dağlıq Qarabağ problemi həll olunmuş sayılır. Bunun nəticəsidir ki, Ankara İrəvanla yaxınlaşmağa gedir. Nikol Paşinyan da bunu çox yaxşı başa düşür. Baxmayaraq ki, daxili müxalifət Paşinyanı Türkiyə ilə yaxınlaşmasına çox ciddi şəkildə qarşı gəlir. Ələlxüsus, Sarkisyan və Köçəryan tərəfdarları, amma yenə də Paşinyan Türkiyə ilə sərhədlərin açılmasını, erməni xalqının ekonomik olaraq dirçəlməsinə və digər diplomatik əlaqələrin qurulmasının tərəfdarıdır. Onun üçün tamamilə məntiqli bir təfərrüatdır ki, Türkiyə Ermənistanla sərhədləri açmağa cəhd göstərir və yaxud Ermənistan bunu istəyir, Türkiyə isə razılıq verir”.
 
F.Abbasov hesab edir ki, minaların təmizlənməsi bu yöndə atılmış növbəti addımdır:

“Sülh protokollarından sonra Türkiyə ilə Ermənistan arasında atılmış növbəti addımdır. Bu da birinci növbədə Azərbaycanın Qarabağ problemini siyasi yollarla həll olunmasına gətirib çıxaracaq məsələdir. Çünki rəsmi İrəvan birinci növbədə orada yerləşmiş rus hərbi hissələrinə ümidvardır ki, bu məsələni bəlkə də statusunu qorumaq onlara müvəffəq olacaq. Amma Prezident İlham Əliyevin dediyi kimi, "status məsələsi gorbagor oldu". Və heç bir şəkildə gündəmə gətirilə bilməz”. 

“Türkiyə ilə yaxınlaşmaq Ermənistanı müxtəlifyönlü inkişafa gətirə bilər. Ekonomik dirçəlmə, eləcə də Türkiyə vətəndaşlarının Ermənistana, Ermənistan vətəndaşlarının da Türkiyəyə gedişi reallaşa bilər. Amma bu gün biz bilirik ki, Ermənistan və Türkiyə arasında imzalanmış müqaviləyə görə üçüncü dövlətin vətəndaşları, eləcə də Azərbaycan vətəndaşları Ermənistan üzərindən Türkiyəyə, Türkiyədən də Ermənistana gələ bilərlər. Bu da çox vacib məqamdır”.

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top