Dam örtüyünü təmir edən zaman hündürlükdən yıxıldı

HADİSƏ 13 iyl 2022, 00:27
Ağstafada bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Köçəsgər kəndində qeydə alınıb.

Məlumata görə, Misirov Asif Səfər oğlu usta işlədiyi evdə dam örtüyü təmir edən zaman hündürlükdən yıxılıb.

1962-ci il təvəllüdlü usta ağır vəziyyətdə xəstəxanaya yerləşdirlib.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ağstafa Rayon Prokrorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top