Azərbaycanın qeyri-neft ixracı 25.4% ARTIB

İQTİSADİYYAT 05 iyl 2022, 19:15
2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 25,4 % artıb.

Demokrat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın iyul sayında qeyd edilib.

Məlumata görə, 2022-ci ilin yanvar-iyun ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 % artaraq 328,1 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1 %, pambıq lifi ixracı isə 12,8 %, pambıq iplik ixracı 5,2 % artıb.

2022-ci ilin iyun ayı üzrə ixrac 3,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,8 % təşkil etməklə 269,6 milyon ABŞ dolları olub. 2022-ci ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 6,6 % artaraq 119,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 5,1 % artaraq 149,9 milyon ABŞ dolları təşkil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top