Vətəndaşlara pensiya növünü seçmək hüququ verildi

SOSİAL 28 iyn 2022, 20:03
Azərbaycanda vətəndaşlara pensiya növünü seçmək hüququ verilib.

Bu, Prezident İlham Əliyevin "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik etməsi ilə mümkün olub.

Belə ki, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçidlə bağlı istisna aradan qaldırılıb. Beləliklə, bütün növ əmək pensiyalarına keçmək mümkün olacaq. Bununla da pensiyaçıların ya əlilliyə, ya da yaşa görə pensiya seçmək hüququ yaranır.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top