Taekvondoçularımız Xorvatiyada 7 qızıl medal qazandı — FOTO

İDMAN 19 iyn 2022, 00:20
Xorvatiyanın Zaqreb şəhərində taekvondo üzrə “Croatia Open” beynəlxalq turnirə qatılan yığma komandalarımız yarışdan uğurlu nəticə ilə ayrılıblar. 

Demokrat.az xəbər verir ki, yeniyetmələrdən ibarət yığma komandamız açıq birincilikdə 7 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb. Baş məşqçi Elnur Amanov və böyük məşqçi Vurğun Cəfərovun etimad göstərdiyi heyətdə Zəhra İsayeva (-29 kq), Gülü Zamanlı (-33 kq), Mehdi Budaqlı (-33 kq), İlyas Hətəmli (-37 kq), Vüqar Aslanov (-45 kq), Tamerlan Yaqubov (-49 kq) və Vasif Səlimov (-53 kq) yarışın qalibi olublar. Səfər Behbudzadə (-33 kq), Abdülsübhan Dadaşlı (-57 kq) və Rahil Umudov (-61 kq) yalnız finalda məğlub olaraq, gümüş mükafata yiyələniblər. Yeniyetmə taekvondoçularımızdan Şəms Əlizadə (-47 kq), Yunis Hüseynov (-61 kq), Elcan Əlizadə (65 kq) və Nihad Həsənov (+65 kq) bürünc medala layiq görülüblər. Bu nəticələrdən sonra yeniyetmələrdən ibarət millimiz həm oğlanların, həm də qızların çəkisində çempion olublar.

Gənclərdən ibarət yığma komandamız isə turniri 7 medalla başa vurub. Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yer verdiyi heyətdə ən yaxşı nəticəni 42 kq çəki dərəcəsində Zemfira Həsənzadə göstərib. Qadın taekvondoçumuz yarışın gümüş medalına sahib çıxıb. Digər gənc taekvondoçularımızdan Pünhan Mürsəlov (-48 kq), Adil Eyvazov (-51 kq), Erkan İşli və Fərid Əliyev (hər ikisi -59 kq), Nizami Hacıyev (-63 kq) və Səlimə Quliyeva (-44 kq) turniri bürünc mükafatla başa vurublar.


Zamiq
Demokrat.az







 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top