Prezidentə Fateh Sultan Mehmedin qılıncının eynisi hədiyyə olundu — FOTO

XARİCİ SİYASƏT 16 iyn 2022, 17:59
Azərbaycan Prezidenti İlham Əliyevə İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisi hədiyyə olunub.

Demokrat.az xəbər verir ki, hədiyyəni Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən təqdim edib.

Binəli Yıldırım dövlət başçısına xatirə hədiyyəsini təqdim edərək bildirib ki, bu, İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisidir və Qarabağın fatehi Prezident İlham Əliyevə hədiyyə olunur.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top