İdarə əməkdaşını “tok” vurub öldürdü

HADİSƏ 13 iyn 2022, 10:01
İyunun 11-i saat 13 radələrində Yardımlı rayon sakini, 1982-ci il təvəllüdlü Sərhad Sultanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yardımlı Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Yardımlı rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsində gözətçi işləyən Sərhad Sultanov Viləş çayının Yardımlı şəhərindən keçən hissəsinin kənarında su nasosunu təmir edən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top