"Çin Rusiyaya hərbi yardım etməyib"

DÜNYA 10 iyn 2022, 23:38
Çinin müdafiə naziri Vey Fenqe və onun amerikalı həmkarı Lloyd Ostin ilk dəfə görüşüblər.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, söhbət xüsusilə Ukrayna ilə bağlı olub.

Ostin çinli həmkarını Rusiyaya heç bir maddi dəstək verməməyə çağırıb.

Görüşdən sonra keçirilən mətbuat konfransında Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian Çinin Rusiyaya yardım etmədiyini vurğulayıb..

"Çin Rusiyaya hərbi yardım etməyib. Bu, dəqiqdir" 

Görüş Ostinin Hind-Sakit okeana dördüncü səfəri zamanı Çin hərbi rəhbərliyinin rəsmi müraciəti əsasında baş tutub.

Leyla
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top