Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə mübarizə aparacaq

İDMAN 06 iyn 2022, 09:09
Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçiriləcək.

Demokrat.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov 6-cı turda turda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə mübarizə aparacaq. Digər şahmatçımız Teymur Rəcəbov isə bolqarıstanlı Veselin Topalov ilə görüşəcək.

Qeyd edək ki, ötən beş turun nəticəsinə görə, Ş.Məmmədyarov 8,5 xalla 10 iştirakçı arasında 4-cü pillədədir. Teymur Rəcəbov isə 3 xalla doqquzuncu yerdə qərarlaşıb.

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top