SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli şəxs saxlanıldı — FOTO (ÖZƏL)

HADİSƏ 04 iyn 2022, 16:15
Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov saxlanılması xəbəri yayılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə,  Azər Rəcəbov ötən gün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Bildirilir ki, A.Rəcəbov artıq Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıya gətirilib.

Xatırladaq ki, Azər Rəcəbov bu vəzifəyə 6 ay öncə təyin olunub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidməti informasiya sorğumuza cavab vermək istəməyib.



Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top