Köçüb getmək fikriniz varsa, hazır olun ki, Amerikanın digər sifəti də var...

GÜNDƏM 04 iyn 2022, 10:27
Amerikada hamı yağ-bal içində yaşayır, hamı firavan, bütün gələnlərə qara ikra verilir hər səhər zaftrakda.

Hamının maşını, iki mərtəbəli fərdi evi, yüksək maaşlı işi, işsiz olanlara isə o qədər pasobi verirlər ki, Azərbaycanda qalan əfəl qohumlara Mərdəkanda villa bağışlamaq olur. 

Uzun sözün qısası, çətini bura gəlib çıxmağdır, qalanını padnosda gətirib pay verirlər.

Aeroportda da orkestr qarşılayır ki, xoş gəlmisən, hardaydın bu vaxta qədər, ay insafsiz, Amerika boğulurdu intizarda. 

Bəzi şərhləri oxuyub bu qənaətə gəldim.

Nə deyim. Gözəl bir misal var, deyir immiqrasiyanı turizm ilə səhv salmayın. 

Ən marağlısı isə odur ki, fəal təbliqatçıların əksəriyəti o tərəflərdə heç vaxt olmayanlardır. 

Ruhdan salma deyil, çəhrayi eynəklərinizi çıxarmaq çağırışıdır. 

Dediyim odur ki, köçüb getmək fikriniz varsa, hazır olun ki, Amerikanın digər sifəti də var. 

Və sənət seçin gedirsinizsə, həmin sənətə yiyələnin, yaxşı usta bizim diplomlu maqistrdan daha şanslı olacaq...



Azər Qəribov 
Tanınmış Azərbaycanlı jurnalist, blogger, səyyah
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top