"Rusiya bu sahədə beynəlxalq hüququn bütün normalarını pozur”— Duda

GÜNDƏM 30 may 2022, 20:41
"Ukraynanın bu danışıqlarda fəal iştirakı olmadan Rusiya ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı istənilən razılaşma mümkün deyil". 

 Demokrat.az
bildirir ki,  “Ukrinform"un məlumatına görə, bu sözləri Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə Polşa prezidenti Anjey Duda birgə mətbuat konfransı zamanı deyib.

Dudanın sözlərinə görə, Varşava Rusiya ilə Ukrayna arasında silahlı münaqişəsinin tez bir zamanda həllinin tərəfdarıdır:

“Lakin Ukraynanın qonşuları olaraq bir məsələyə şübhəmiz yoxdur.  Rusiya heç bir səbəb və rasional əsas olmadan Ukraynaya hücum edib, Rusiya bu sahədə beynəlxalq hüququn bütün normalarını pozur”, - Duda bildirib.

O qeyd edib ki, bu silahlı münaqişə sülh yolu ilə dayandırılmalıdır:

“Müharibənin dayandırılması ilə bağlı qərarların danışıqlar yolu ilə hazırlanacağı masada Ukrayna olmalıdır"– Polşa lideri bildirib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top