Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib — FOTOLAR

SOSİAL 27 may 2022, 21:18
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu həyata keçirilib. ⠀
⠀ ⠀⠀⠀
Demokrat.az b
ildirir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.

Qırmızıkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Qırmızıkənd kənd İnzibati Ərazi Nümayəndəliyi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər işğaldan azad olunan torpaqlarımızda aparılan abadlıq- quruculuq işləri, yeni yaradılan Rəqəmsal İcra Hakimiyyəti haqqında və Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyyələri nəticəsində aparılan yenidən qurma işləri, Sərəncam və Fərmanlar haqqında iştirakçıları məlumatlandırıblar.
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, təhsilə sahəsində qazanılan uğurlardan, təhsil alan gənclər üçün dahada rahat təhsil ocaqlarının inşa edilməsindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və Rayon ərazisində aparılan abadlıq quruculuq işləri, Kür çayının mövcud vəziyyəti haqqında məlumat verib.

Səyyar qəbulda əsasən elektrik xəttlərinin, güc transformatorlarının yenilənməsi, kollektor- drenaj şəbəkələrinin lildən təmizlənməsi, sosial və digər məsələlər haqqında təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar aparılan abadlıq quruculuq, yenidənqurma işlərinə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.







 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top