Koreyada vaksinlərə “Kim Çen Inın ölümsüz eşq iksiri” adı verildi

DÜNYA 27 may 2022, 19:50
Şimali Koreyada koronavirus fəlakəti yaşanır.

Demokrat.az xəbər verir ki, Şimali Koreyada mayın 12-dən bu günədək 3,2 milyon insan koronavirusa yoluxub, 69 nəfər isə həyatını itirib.

Artıq ölkədə peyvəndləmə prosesi başladılıb. Dövlət mediası vaksinə "Kim Çen Inın ölümsüz eşq iksiri" adını verib.

Bu peyvənd isə hələ ki yalnız hərbçilərə vurulur.

Peyvəndin Çindən gəldiyi bildirilsə də, mənşəyi barədə tam məlumat verilmir.

Qeyd edək ki, alimlər Şimali Koreyada koronavirusun tüğyan etdiyinə görə həyacan təbili çalırlar.

Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top