Təhsil Nazirliyindən bağçada yayılan görüntülərə REAKSİYA

GÜNDƏM 25 may 2022, 23:48

Sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara keyfiyyətsiz qida verilməsi ilə bağlı fotolar paylaşılıb. İddia olunub ki, körpələrə günorta və axşam yeməyində yalnız hissələrə bölünmüş peçenye və çörək verilir, buna görə də uşaqlar aclıqdan ağlayırlar.

Məsələyə Təhsil Nazirliyindən münasibət bildirilib.

Nazirliyin mətbuat katibi Cəsarət Valehov qeyd edib ki, hazırda məsələ araşdırılır.

“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

 




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top