Qurban Qurbanova “Şöhrət” ordeni təqdim olundu

İDMAN 25 may 2022, 12:50
Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanova ali mükafatı təqdim edilib.

Demokrat.az xəbər verir ki, mükafatı AFFA prezidenti Rövnəq Abdullayev verib.

Abdullayev Qurbanovu “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə bir daha təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Baş məşqçi isə verilən yüksək qiymətə görə dərin minnətdarlığını bildirib.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

Top