"Anam Xoşqədəm olsaydı, dünya ulduzu olardım" — Doğuş (VİDEO)

ŞOU-BİZNES 24 may 2022, 21:12
Aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, türkiyəli müğənni Doğuş "2. Sayfa” proqramında qonaq olub.

İfaçı 8 il əvvəl baş tutan nikahlarının ardından yaranan iddialar haqqında danışıb.

"Doğuş rahat durmaz, bir-iki ilə boşanar” deyənlər oldu. Sonra uşaqlarımız oldu, dedilər ki, "bir yaşları olan kimi boşanacaq”. İndi altı yaşları var, artıq deməzlər” deyə, Doğuş bildirib.

O, bu vəziyyətdən həyat yoldaşının necə təsirlənməsi sualını isə belə cavablandırıb:

"Yox, zatən o, heç bir şeydən təsirlənmir, peşəkardır. İşini görür, aparıcıdır. Belə bir problemi yoxdur. O, özündən əmindir". 

O, "Sən Türkiyədə olanda həyat yoldaşının ağlı səndə qalır? Aranızda qısqanclıq var” sualına bu sözlərlə münasibət bildirib:

"Təbii ki, qalır. Bu qarşılıqlıdır. Mənim də fikrim onda qalır. Əvvəl qısqanclıq var idi, amma indi aradan qalxıb. Səkkiz ili ötürmüşük. Həyat yoldaşım bir dəfə mənə gələn təkliflərdən birini eşitdi. Səhnədə olanda tamaşaçılardan biri elə bir cümlə işlətdi ki, bütün orkestr, hər kəs susdu. Ən pisi isə həyat yoldaşım da orada idi. Əxlaqsız təklif idi. Xoşqədəm mənə baxdı və güldü. Üzüyümü göstərdim, başqa nə edim?”.

Doğuş son olaraq hazırki yaşamını keçmişi ilə müqayisə edib və həyatda qala bilməyini möcüzə adlandırıb:

"Uşaqlarım 4 dil bilir: ingiliscə, azərbaycanca, rusca, türkcə və hazırda da fransızca öyrənmək istəyirlər. O qədər cahil qalmışam ki, belə baxıram onlara.

Həmişə gözlərinə baxmaq istəyirəm, çünki başqa bir şey var orada. Allah onlara olan sevgimi əsla məndən almasın. Onlar üçün yaşayıram.
Anamdan razıyam, Allah ona uzun ömür versin. Çox talesiz bir həyat yaşadıq: onun başqası ilə evlənməsi, mənim küçələrdə yaşamağım, yurdlarda, həbsxanada, körpü altında, iyrənc bir həyatım var idi. Amma kaş anam Xoşqədəm olaydı, onda dünya ulduzu olardım. Çünki uşaqlarımın bir nizamı var, təməlləri yaxşıdır. Biz isə bir gün burada, bir gün orada. Mənim yaşamağım belə möcüzədir”. //axşam.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top