Bu qəsəbədə pişiklərin evdən çıxmasına qadağa qoyuldu — FOTOLAR

MARAQLI 18 may 2022, 19:58
Almaniyanın qərbində yerləşən Valdorf qəsəbəsində qeyri-adi qadağa qoyulub.

Demokrat.az xəbər verir ki, qəsəbə rəhbərliyi sakinlərə pişiklərinin çölə çıxmasına qadağa qoyulduğunu bildirib.

Buna səbəb isə qəsəbədə nadir quş növlərindən birinin olmasıdır. Məsələ burasındadır ki, bu quşlar yuvalarını yerdə qururlar və bu da onları pişiklərin üçün asan hədəfə çevirir. 

Qadağanın hələ üç il davam edəcəyi bildirilir.

Qeyd edək ki, sakinlər onları narazı salan bu qadağaya sivil yolla etiraz etməyi planlaşdırırlar.



Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top