Ərdoğan: “Türkiyə NATO-da hər təklifə “hə” deyə bilməz”

REGİON 18 may 2022, 14:37
“NATO-dakı müttəfiqlərimizi Ankaranın təhlükəsizliklə bağlı narahatlıqlarına hörmət etməyə çağırırıq”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın iclasında çıxışı zamanı deyib. “Müttəfiqiksə, o zaman Ankaranın təhlükəsizliyi, sərhədləri ilə bağlı narahatlığına hörmət edilməlidir. Bizə qarşı belə bir münasibətin olmadığını görürük”, – Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə NATO daxilində hər təklifə “hə” deyə bilməz: “Müttəfiqliyi, müttəfiqlik ruhunu hər zaman dəstəkləyirik. Lakin hər təklifə, Türkiyənin təhlükəsizliyini təhdid edən terrorçuları dəstəkləyən ölkələrlə ittifaqa “hə” deyə bilmərik”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top