Duma sədri Avropa Birliyinin rəhbərlərini söydü: “Donuz oğlu, donuz!”

REGİON 17 may 2022, 12:11
“Avropa İttifaqının yüksək rütbəli məmurlarının Ukrayna taxılı ilə bağlı təklifləri yalnız Avropaya sərfəlidir, ukraynalılar isə taxılsız qalmaq riski daşıyır”.

Demokrat.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Yeni məhsul üçün sahələri boşaltmaq və yığılıb qalmış taxılı çıxarmaq üçün Ukraynaya kömək təklif edirlər ki, bu da yalnız özlərinə sərf edir” deyən Volodon bununla Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel və BMT baş katibi Antonio Quterreşin açıqlamalarına reaksiya verib.

“Ukrayna sakinləri taxıl ehtiyatı olmadan qalacaqlar. Yeni məhsula gəlincə, birincisi, ona qədər yaşamaq, dolanmaq lazımdır. İkincisi, səpin üçün dizel yanacağı və benzinləri yoxdur”, – Duma spikeri bildirib.

Volodin hesab edir ki, Rusiyadan kalium gübrələri almaq istəyi yenə Avropanın öz ehtiyacı ilə bağlıdır. Yəni bu məsələdə də özlərini düşünürlər: “Avropa İttifaqından olan donuz balaları! Başqa cür deyə bilmirsən”.

Qeyd edək ki, Borrel mayın 16-da bildirib ki, Aİ taxılı Avropaya göndərməklə Kiyevə taxıl anbarlarını boşaltmağa kömək etməyə çalışır: “Biz Ukraynaya taxıl və buğda istehsalına və ixracına kömək etməliyik. Ukraynanın anbar tutumu doludur, çünki onlar bu taxılı ixrac edə bilmirlər və növbəti məhsulu saxlaya bilmək üçün anbarlarını boşaltmalıdırlar”.

Quterreş də öz növbəsində, taxıl daşıyan gəmilərin Ukrayna limanlarından keçməsi müqabilində Rusiya və Belarus kalium gübrələrinin ixracına qoyulan məhdudiyyətləri yumşaltmağı təklif edib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top