“Qarabağ” əsrin rekorduna imza atdı

İDMAN 16 may 2022, 14:21
"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında XXI əsrin rekorduna imza atıb.

Demokrat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri XXVII tur oyununda nail olub.

"Köhlən atlar" yerli çempionatda vurduğu qolların sayını 68-ə çatdırıb.

Bunadək “Xəzər Lənkəran” 2004/2005, “Qarabağ” 2013/2014 və 2015/2016 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top